
“Sülh kəsişməsi” layihəsi və “Tramp marşrutu” geosiyasət məntiqindən iqtisadi məntiqə keçidin əhəmiyyətini əks etdirir, bu gün Cənubi Qafqazda baş verən hər şeyi əks etdirir.
Bu görüşü “Orbeli Forum 2025: Sülh və Çoxtərəfli Əməkdaşlıq Qurmaq” konfransında Rusiya Federasiası Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Tədqiqat İnstitutunun direktor müavini Viktoriya Juravlyova ifadə edib.
“Cənubi Qafqaz uzun müddət münaqişələr orbitində olub və məhz bu vəziyyət dövlətlərin bir-birinə münasibətini şərtləndirib. Ziddiyyətli yanaşmalar hər hansı bir inkişaf imkanını ləngidib.
İqtisadiyyat, ilk növbədə, qarşılıqlı sərfəli əməkdaşlıqdır, iqtisadi sağlam rəqabət isə öz növbəsində göstərir ki, ondan bütün tərəflər qazana bilər.
Rusiya Şimal-Cənub dəhlizinin işə salınmasını təşviq edəcək, həm də ABŞ prezidenti Donald Trampın irəli sürdüyü təşəbbüsdə iştirak edəcək.
Bütün layihələlər də hərtərəfli və çoxşaxəli inkişaf üçün zəmin yaradaraq hər bir ölkənin imkanlarını artırır” – deyib Juravlyova.
Onun fikrincə, ölkələr bu regionun inkişafına nə qədər çox səy sərf etsələr, ondan bir o qədər çox fayda əldə edirlər və indi də maraqlı tərəflərin demək olar ki, hamısı, onlardan biri də Rusiyadır, bu yanaşmadan çıxış edir.
“Tramp özünəməxsus bir əqd təklif edib, onun əsasında ilk növbədə ABŞ-nin mənafeləri dayanır, bu təbiidir, çünki Cənubi Qafqazda müəyyən investisiya etmək istəyən hər hansı bir ölkə ilk növbədə öz milli, həyati mənafelərini nəzərə alır.
Rusiyanı regiondan kənarlaşdırmaq mövqeyi münaqişəlilik amili ilə şərtlənib, buna görə də onun aradan qaldırılması lazımdır. Bu o demək deyil ki, regional tarixi reallıqları, hər hansı bir ölkənin ağrısını nəzərə almamalıyıq, amma bu o deməkdir ki, ağrını münasibətlərin inkişaf enerjisi kimi, münaqişəlilik çərçivəsindən çıxmaq imkanı kimi istifadə etmək mümkündür” – deyərus eksperti qeyd edib.
Onun əminliyi ilə, regionda kifayət qədər mürəkkəb münasibətləri olan ölkələr üçün bu, yeganə yoldur, hansı ki, artıq münaqişələr dövrünə qayıtmağa imkan verməyəcək.
“Münaqişəli münasibətlərdən danışanda ilk plana Ermənistan və Azərbaycan, Ermənistan və Türkiyə çıxır, hansılar ki, görünür, yaranmış vəziyyətin girovu olublar.
Bu eyni müvəffəqiyyətlə Rusiyaya və ABŞ-a da aiddir. Sovet İttifaqının dağılmasından və Soyuq Müharibənin bitməsindən sonra otuz il keçib, amma ölkələr hələ də münaqişə obrazında qalırlar, bu isə qapalı zəncirdir və hamıya münasibətlərin yeni mərhələsinə və o münasibətlərin təqdim etdiyi imkanlara çatmağa mane olur.
Vəziyyətdən çıxmaq məqsədilə zəruri qərarların qəbulu üçün siyasi iradə və cəsarət, nəritivlərin dəyişməsi lazımdır” – deyə Juravlyova təkid edib.
Ekspertin fikrincə, hər bir ölkə regional layihələrin həyata keçirilməsində iştirak edə bilər, məhz bu məqsədlə vahid məkan ideyası dövran edir, harada ki, ölkələr iqtisadi böyük dividendlər əldə edə bilərlər.
“Bütün bunlar Rusiyadan da böyük addımlar atmağı, Cənubi Qafqazda baş verən dəyişiklikləri başa düşməyi, tarixən formalaşmış məhdudiyyətlər sahəsindən çıxmağı və yeni çağırışlardan qorxmamağı tələb edir. Məhz buna sizin ‘Sülh Xaçyolu’ təşəbbüsünüz də yönelib” – deyərək yekunlayıb rus eksperti.







