
“Bizi əmin etdilər ki, Zəngəzur məsələsində İran üçün heç bir təhlükə yoxdur”.
Bu bəyanatı İranın Xarici işlər naziri Abbas Araqçi Həmədan şəhərində tələbələrlə görüş zamanı etmişdir. Bu barədə Tasnim xəbər agentliyi bildirir.
“Biz regionun sərhədlərində və dünya siyasətində hər hansı dəyişikliyi qəbul etmirik və hesab edirik ki, regional təhlükəsizliyi təmin etmək üçün ən yaxşı yol regional əməkdaşlıqdır.
Bizim fikrimizcə, bu “3+3” formatıdır. Biz Zəngəzur məsələsi ilə bağlı birbaşa əlaqədəyik və bizi əmin etdilər ki, İran üçün heç bir təhlükə yoxdur. Əlbəttə, biz vəziyyəti diqqətlə izləyirik” — deyə Abbas Araqçi qeyd edib.







