
“Mən Rusiya Federasiyasının dəmiryolu ilə bağlı fəallığını alqışlayıram. 8 avqustdan sonra, o cümlədən ekspert rəylərində deyilirdi ki, bu, Rusiya və ya İran üçün mənfi inkişafdır, biz isə deyirdik ki, yox.
Bu qərar Ermənistan-Rusiya münasibətlərinin inkişafına və dərinləşməsinə kömək edəcək. Və üç ay sonra biz artıq konkret inkişafı görürük – 132 vaqon (red. Rusiyanın nəqliyyat nazirliyi bildirib ki, Rusiya 2026-cı il yanvarın sonuna qədər Azərbaycan ərazisindən keçən yeni dəmiryolu marşrutu ilə Ermənistana 132 vaqon buğda ixrac etməyi planlaşdırır).
Təsəvvür edirsizmi, 132 vaqon nə qədər yük maşınıdır?” – deyə Baş nazir jurnalistin sualına cavab verdi.
Baş nazir qeyd etdi ki, gedən proseslər Ermənistan hökumətinin proqnozları ilə tam uyğun gəlir. 6 noyabr səhər tezdən Ermənistana Rusiyadan gələn ilk qatar – 15 vaqon buğda çatdı ki, bu da Azərbaycan və Gürcüstan ərazisindən keçmişdi.
Ümumilikdə Ermənistana 1000 tondan çox buğda daşınmışdır. Yaxın gələcəkdə həmçinin təxminən 1000 ton Qazaxıstan buğdası ilə yüklənmiş 15 vaqonun Ermənistana çatması nəzərdə tutulur.
Rusiyanın nəqliyyat nazirliyi bildirib ki, 2026-cı il yanvarın sonuna qədər Azərbaycan ərazisindən keçən yeni dəmiryolu marşrutu ilə Ermənistana əlavə 132 vaqon buğda göndərməyi planlaşdırır. Federal orqan həmçinin eyni marşrutla digər növ yüklərin daşınması imkanlarını öyrənir.







