
Moskva Şəhər Məhkəməsi Azərbaycan vətəndaşı Şahin Abbasova 17 il, qardaşı Şöhrad Abbasova isə 12 il ciddi rejimli koloniyada həbs cəzası verib.
Onlar dayanacaq ətrafında mübahisəyə görə Moskvalı motosikletçini öldürdüklərinə görə məhkum ediliblər. Bu barədə “Kommersant” qəzeti məlumat yayıb.
İsaxan Abbasov isə cinayəti gizlətmə və rüşvətə görə 8 il müddətinə azadlıqdan məhrum edilib. Digər şübhəlilər isə ilkin həbsdə cəzalarını çəkdikdən sonra məhkəmə tərəfindən azadlığa buraxılıb.
Məhkəmə Şahin Abbasovun atası Nizamini isə bəraət qazandırıb.
Hadisə 2024-cü il aprelin 17-də baş verib. İstintaq məlumatlarına görə, Şahin Abbasov maşınını Krasnodarskaya küçəsindəki binanın girişi yaxınlığında dayandırıb.
Bu, 24 yaşlı yerli sakin Kirill Kovalyovu qəzəbləndirib və o, sürücüyə xəbərdarlıq edib. Şahin Abbasov və qardaşı Şöhrad Abbasov gəncə bir neçə dəfə bıçaq zərbəsi endiriblər. Kovalyov aldığı xəsarətlər nəticəsində xəstəxanada vəfat edib.
İstintaqçıların sözlərinə görə, sonradan Şahin Abbasovun atası və digər qohumları onlara necə gizlənəcəyi barədə təlimat veriblər.
Onlar Rostov vilayətinə gedərkən yolda bir neçə başqa cinayət də törədiblər. Nəticədə orada həbs olunublar. Digər şübhəlilər isə Rusiyanın paytaxtında saxlanılıb.







