Azərbaycan müxalifətinin xadimi Tofiq Yaqublu nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Azərbaycanlı siyasi məhbus və müxalifətçi Tofiq Yaqublu Dünya Azadlıq Konqresinin nüfuzlu mükafatına layiq görülüb. Bu barədə onun qızı Nigar Hezi öz Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, hüquq müdafiəçisi Arif Yunus bildirib ki, mart ayından bəri Dünya Azadlıq Konqresi mükafata namizədlər irəli sürür və 60 ölkədən nümayəndə iştirak edir. Leyla Yunus demokratiya uğrunda mübarizədəki rolunu vurğulayaraq Tofiq Yaqublunun namizədliyini irəli sürüb.
“Tofiq Yaqublu Azərbaycanda demokratiya uğrunda mübarizənin simvoluna çevrilmiş, açıq-aşkar saxtalaşdırılmış ittihamlarla 9 il azadlıqdan məhrum edilmiş. Səsvermənin nəticəsində çükafat Tofiq Yaqubluya demokratiya uğrunda mübarizədə göstərdiyi cəsarətə və töhfəsinə görə verildi”.
Nigar Hezi bu mükafatın beynəlxalq səviyyədə Tofiq Yaqubluya verilən ilk mükafatın olduğunu qeyd edərək, Tofiq Yaqublunu namizəd kimi irəli sürən Leyla və Arif cütlüyünə və T.Yaqublunu bu mükafata layiq görən World Liberty Congress təşkilatına təşəkkürünü bildirib.







