Əliyev təkcə ölkənin resurslarını deyil, həm də vətənpərvərlik hisslərini istismar edir։ Azərbaycanlı müxalifətçi Qulu Məmmədli

Azərbaycanlı müxalifətçi Qulu Məmmədli Facebook səhifəsində Bakıda təşkil edilən paradları və dövlət şənliklərini tənqid edərək onları “çörəksiz şou” adlandırıb.
O yazıb ki, İlham Əliyev artıq Azərbaycan xalqının tək, təbii sərvətlərini deyil, vətənpərvərlik hisslərini də istismar etməyin yolunu tapıb.
“Bu artıq yeni tendensiyadır. 1-2 aylıq dozası olan tamaşalarla 23 il də belə idarə etsə, bəsidir”.
Məmmədli vurğulayıb ki, müasir mütərəqqi ölkələrdə belə şouları xalq artıq çoxdan qəbul etmir.
“Siz Avropanın aparıcı ölkələrinin, Yaponiyanın, ABŞ-ın nə vaxtsa, parad keçirdiyini görmüsünüz? Bu tamaşalar avtoritar və totalitar siyasi sistemlərinin başında dayanan diktatorlar üçün öz əsarəti altına aldığı xalqı üçün əzələ nümayişdir”.
Müxalifətçi onu da vurğulayıb ki, Əliyevin səmimiyyətə zərrə qədər inanmır.
“Mən 23 illik diktatorun səmimiyyətinə, məni Bakının mərkəzində assanız da, zərrə qədər inanmıram”,- Məmmədli Facebook səhifəsində yazıb.







