BaşlıcaSiyasət

Ümumiyyətlə, metal qırıntısı idi: Baş nazir 44 günlük müharibədə HHM sisteminin problemli vəziyyətindən danışdı

44 günlük müharibədə Ermənistan tərəfindən istifadə edilən HHM (Hava Hücumundan Müdafiə) vasitələrinin əksəriyyəti qırıntı idi, müttəfiqlər isə Ermənistana yalnız simvolik dəstək göstərdilər.

Ermənistanın Baş naziri Nikol Paşinyan bunu Facebook səhifəsində yazaraq, Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyanın bəyanatlarına istinad etdi.

“Başa düşməyə nə var? Sizin qoyub getdiyiniz HHM sistemi – ayrı-ayrı vasitələr deyil, ümumiyyətlə, bütün sistem    sözün əsl mənasında metal qırıntısı idi. Həqiqi mənada metal qırıntısı.

Müttəfiqlər isə bizə onu yeniləmək üçün sorğularımıza cavab olaraq üç barmaq kombinasiyasını göstərirdilər (sizə də göstərirdilər. Əks halda 2018-ci ilə qədər metal qırıntısı yerinə başqa bir şey mövcud olardı.

Üstəlik, onların bizə üç barmaq göstərməsi kombinasiyası çox da gözə batmasın deyə, müttəfiqlər simvolik bir-iki şey atırdılar – ehtiyacın 0,1%-i, ki, sonra mövzu açılanda göstərə biləcəkləri bir şey olsun”.

Paşinyan qeyd edib ki, Ermənistanın  KTMT üzvü olması və təmin edilən vasitələrin Ermənistanın suverən ərazisi sayılmayan bölgələrdə yerləşdirilməsi ehtimalı dəstək səviyyəsinə təsir edib.

“Xüsusilə iki məsələyə işarə edirdilər: ER KTMT üzvü olması və təmin edilən vasitələrin ER-nın  suverən ərazisi hesab edilməyən bölgələrdə yerləşdirilə biləcəyi”- deyə Paşinyan qeyd edib.

Paşinyan həmçinin  bildirib ki, o dövrdə hökumət mümkün olan hər şeyi əldə etmək və modernləşdirmək üçün səy göstərirdi və mövcud hərbi rəhbərliyin təkliflərinə uyğun hərəkət edirdi.

Paşinyan bu mövzunu canlı yayımda müzakirə etməyə dəvət edib və tənqidlərə cavab verməyi planlaşdırır.

“Biz də haradan nə mümkün idisə, onu əldə etməyə çalışırdıq, modernləşdirməyə çalışırdıq. Yeri gəlmişkən, o vaxt ER-da  xidmət edən ən yüksək rütbəli hərbiçilərin məsləhətlərinə və tövsiyələrinə cavab olaraq”-deyə  Baş nazir  qeyd edib.

Daha çox göstər
Back to top button