BaşlıcaSiyasət

Karo Paylan: “Türkiyənin Ermənistana qarşı siyasəti dəyişib”

Türkiyənin Ermənistana qarşı ərazi iddiası yoxdur, Ermənistanla yaxşı münasibətlər qurmaq istəyir və əgər yollar açılsa, üç ölkənin, o cümlədən Azərbaycan xalqı bu dəyişiklikləri sabitləşdirici amil kimi qiymətləndirəcək.

 Bu haqda  journalist ilə söhbətində Türkiyə parlamentinin keçmiş millət vəkili, erməni əsilli Karo Paylan bildirib.

Onun fikrincə, bu, Ermənistanı da gücləndirəcək.

“Əgər sabitlik qurulmasa, hamı itkiyə uğrayacaq. Başqa nə seçim var? Müharibə. Biz müharibəyə hazır deyilik. Biz Rusiyanın kömək edəcəyini düşünürdük, amma 2020-ci ildə kömək etmədi.

ABŞ-a güvənə bilərikmi? Xeyr. ABŞ da heç nə etmədi, hətta Trampın prezidentliyi dövründə – 2020-ci ildə. Ona görə də bizə güclü iqtisadiyyat, güclü ordu və qonşularla yaxşı münasibətlər lazımdır.

Biz gördük ki, Türkiyə 44 günlük müharibədə Azərbaycana kömək etdi, amma Türkiyə bundan heç nə qazanmadı. Qazananlar Azərbaycan və Rusiya oldu,   hansılar ki, Qarabağa qoşun göndərdilər. Amma Türkiyə heç nə qazanmadı, hətta iqtisadi baxımdan da.

Bu göstərdi ki, Türkiyə hərbi yolla heç nə əldə edə bilmir, Ermənistanla sülh prosesi vasitəsilə isə çox şeyə nail ola bilər. Nəticədə, son dörd ildə Türkiyənin Ermənistana qarşı siyasəti dəyişib: Türkiyə  sülh tərəfdarıdır” – deyə Paylan qeyd edib.

Daha çox göstər
Back to top button