BaşlıcaMədəniyyət
ER İqtisadiyyat naziri Riad şəhərində “TOURISE Global Tourism Summit 2025” sammitində iştirak edib

Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan Riad şəhərində “TOURISE Global Tourism Summit 2025” sammitində iştirak edib.
Alınan məlumata görə, bu barədə ER İqtisadiyyat nazirliyi bəyanat yayıb. Sammit “Dünya turizmi üçün yeni üfüqlərin formalaşdırılması” şüarı altında keçirilib.
Səudiyyə Ərəbistanı Krallığının Turizm nazirliyinin himayəsində keçirilən üçgünlük sammitdə 100-dən çox ölkənin nazirləri, hökumət nümayəndələri, iş adamları, investorlar, həmçinin turizm və texnologiya sahələrinin mütəxəssisləri iştirak ediblər.
Sammitdə eləcə də erməni iş adamları iştirak ediblər.







