BaşlıcaSiyasət

Baş nazir: “Tramp marşrutu”nun tikintisinə 2026-cı ilin ikinci yarısında başlanılması nəzərdə tutulur”

“Tramp marşrutu”nun tikinti işlərinə 2026-cı ilin ikinci yarısında başlanılması planlaşdırılır. Alınan məlumata görə, Ermənistan Parlamentində hökumətlə sual-cavab iclası zamanı bu barədə ER Baş naziri Nikol Paşinyan açıqlama etdi.

“Bu ilin sonuna qədər bütün detalları kağız üzərində təsvir etməliyik. 2026-cı ilin birinci yarısında razılaşdırmalı, ikinci yarısında isə tikinti işlərinə başlamalıyıq. Budur, plan”– deyərək   Baş nazir əlavə etdi ki, bu cür layihələr tez-tez müddətdən kənara çıxa bilər.

Paşinyanın sözlərinə görə, dəmir yolu Sovet dövründə mövcud olan marşrut boyunca çəkiləcək, çünki digər variantlar real deyil. “Qaz kəməri və elektrik xətləri onun Şimalından keçəcək” –deyə  Paşinyan bildirib.

Baş nazir həmçinin vurğuladı ki, bu proses Vaşinqton bəyannaməsində təsbit edilmiş prinsiplər əsasında həyata keçirilir: ərazi bütövlüyü, suverenlik, hüquqi yurisdiksiya, qarşılıqlılıq və sərhədlərin toxunulmazlığı.

Ermənistan Baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp 8 avqustda Vaşinqtonda bəyannamə imzalayıblar.

Sənədin bir bəndinə əsasən, Ermənistan Respublikası ABŞ və qarşılıqlı razılaşdırılmış üçüncü tərəflərlə əməkdaşlıq edərək öz ərazisində “Beynəlxalq sülh və rifah üçün “Tramp marşrutu” (TRIPP) rabitə layihəsinin həyata keçirilməsi çərçivəsini müəyyənləşdirəcək.

ER Baş naziri Nikol Paşinyan bildirib ki, TRIPP Ermənistan hökumətinin “Sülh kəsişməsi” təşəbbüsünün tərkib hissəsidir.

TRIPP vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxicevan arasında əlaqənin təmin edilməsi də nəzərdə tutulur.

Daha çox göstər
Back to top button