
ER Baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərlə keçirilən brifinqdə Ermənistanın yeni silahlar almaq uğurlarına toxundu.
“Nə üçün indi bu silahları biz ala bilirik, əvvəllər isə ala bilmirdik? Ən vacib məqam budur ki, bizim strategiyalarımız indi legitimliyə əsaslanır.
Əvvəllər bizə açıq-açığına tam hörmətlə deyirdilər, amma bizə silah sata bilmirdilər, çünki bu silahların öz suveren ərazimizlə bağlı ehtiyaclarımızdan kənarda (yəni beynəlxalq səviyyədə tanınmış sərhədlərimizdən kənarda) istifadə edilməyəcəyinə dair zəmanət yox idi” – deyərək Paşinyan jurnalistə açıqladı.
Baş nazir həmçinin jurnalistləri yeni alınmış silahları görmək üçün mediada işıqlandırılmadan dəvət etməyə hazır olduğunu bildirdi.







