BaşlıcaSiyasət

Gevorq Papoyan:  “Ermənistan Hindistanın dinamik iqtisadiyyatını inkişaf etmiş Avropa bazarları ilə birləşdirə bilər”

Ermənistanın İqtisadiyyat naziri Gevorq Papoyan Hindistanda keçirilən Hindistan-Avropa Biznes və Davamlılıq Forumunun nazirlər səviyyəsində plenar iclasında iştirak edib.

Alınan məlumata görə, ER İqtisadiyyat naziri bu barədə Facebook səhifəsində yazıb. Nazir Ermənistanın investisiya mühitini və əsas layihələrini, xüsusən də Gümri “quru limanını” təqdim edib.

“Ermənistanın coğrafi mövqeyi onun Avropa ilə Asiya arasında iqtisadi, mədəni və logistik körpüyə çevrilməsinə imkan verir. Bu baxımdan, Ermənistan ticarət, istehsal və texnoloji əməkdaşlıq üçün ideal mərkəz kimi çıxış edərək Hindistanın dinamik iqtisadiyyatını inkişaf etmiş Avropa bazarları ilə birləşdirə bilər” – deyə Gevorq Papoyan qeyd edib.

Nazir həmçinin TRIPP və “Sülhün kəsişməsi” təşəbbüslərinə toxunaraq, onların regional iqtisadi əməkdaşlıq və uzunmüddətli sülh üçün əhəmiyyətini vurğulayıb.

Daha çox göstər
Back to top button