BaşlıcaSiyasət

2035 hərbi qulluqçu 2025-ci ilə qədər əlverişli və güzəştli şərtlərlə uzunmüddətli ipoteka kredit proqramı vasitəsilə mənzil və ya yaşayış evi satın alıb

Hərbi qulluqçuların mənzil ilə təminatı istiqamətində həyata keçirilən proqram sayəsində əhəmiyyətli irəliləyiş əldə edilib.

Bununla bağlı ictimai şəbəkədəki səhifəsində Müdafiə nazirliyinin mətbuat katibi məlumat yayıb.

“Xüsusən də, 2020-ci ildən etibarən Ermənistan Respublikası Müdafiə Nazirliyi sistemindəki zabit və kiçik zabit heyətinin müqaviləli hərbi qulluqçularının mənzil və ya yaşayış evi almaq, ya da yaşayış evi tikmək məqsədilə əlverişli və güzəştli şərtlərlə uzunmüddətli ipoteka kreditləşdirmə proqramı qüvvədədir.

Proqram vasitəsilə 07.11.2025-ci il tarixinə olan məlumata görə, 2035 hərbi qulluqçu mənzil və ya yaşayış evi satın alıb.

2022-2025-ci illərdə ümumi büdcədən Ermənistan Respublikası Müdafiə nazirliyi sisteminə daxil olan, mənzilə ehtiyacı olan hərbi qulluqçulara, hərbi pensiya hüququ əldə etmiş keçmiş hərbi qulluqçulara, həlak olmuş (vəfat etmiş) və hərbi əlillik pensiyası hüququ olan keçmiş hərbi qulluqçuların ailələrinin mənzil ilə təminatı üçün 8 milyard 16 milyon 781 min 500 Ermənistan dramı ayrılıb. Bu vəsaitdən hazırkı tarixə qədər 7 milyard 152 milyon 333 min ER dramı xərclənib və 564 lehinə həll olunan şəxs mənzil satın alıb”— deyə bildiridə qeyd olunub. (Qeyd edək ki, 1 dollar 386 drama  bərabərdir).

Daha çox göstər
Back to top button