BaşlıcaSiyasət

Cənubi Qafqaz Dəmiryolu şirkətinin “Radiolur”a açıqlaması:  “Dəmiryolunun Meğri hissəsi ayrıla bilər və ER-nın idarəçiliyinə qaytarıla bilər”

ABŞ hökuməti bu ilin sonuna qədər Ermənistan və Azərbaycanla ilk işçi qruplarını yaratmağı planlaşdırır – ABŞ Dövlət Departamentinin Report-a açıqlaması

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında davam edən dialoqu və son praktiki addımları müsbət qiymətləndirib.

Departament sərhədlərin delimitasiyası, minalardan təmizlənməsi və TRIPP layihəsinə dəstək üçün infrastrukturun inkişafı ilə bağlı Azərbaycan və Ermənistan rəsmiləri arasında keçirilən müzakirələri alqışlayıb.

Ermənistan dəmir yollarının 30 il müddətinə Rusiyanın idarəsinə verilməsi şəraitində TRIPP layihəsinin həyata keçirilməsi hansı çətinliklər yarada bilər?

Cənubi Qafqazda planlaşdırılan TRIPP layihəsi (Ermənistan-Türkiyə-Azərbaycan və Mərkəzi Asiya istiqamətində yük daşımaları nəzərdə tutulur) Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzinin rəhbəri Areq Koçinyana görə, regionda müsbət dəyişikliklər vəd edir.

 Layihə mövcud dəmir yollarının təkmilləşdirilməsini və yeni xətlərin tikintisini nəzərdə tutur. Lakin burada hüquqi məsələlər var: Ermənistanın dəmir yolu sistemi Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinin konsessiya idarəçiliyi altındadır.

Bu, Ermənistan ərazisindən keçəcək dəmir yolu xəttinə mümkün investisiyaların məhdudlaşdırılması kimi qiymətləndirilir. Areq Koçinyan beynəlxalq konfranslardan birində “Cənubi Qafqaz Dəmir Yolları”nın konsessiya müqaviləsində dəyişikliklərin zəruriliyini vurğulayıb:

“Müqaviləyə görə, dəmir yolları Rusiyanın müvəqqəti nəzarəti altındadır. Lakin TRIPP Rusiyanın nəzarəti altında ola bilməz. Mehri dəmir yolu xətti müqavilə imzalananda mövcud deyildi. Müqavilədə qeyd olunmayan ərazi Rusiyanın nəzarəti altında ola bilməz”.

“Cənubi Qafqaz Dəmir Yolları”nın konsessiya müqaviləsi 2008-ci ildə Rusiya tərəfi ilə 30 il müddətinə imzalanıb və tərəflərin razılığı ilə əlavə 10 il uzadıla bilər.

Əsas müddət bitdikdə, uzadılmazdan əvvəl yeni şərtlər müəyyən edilə bilər. Tərəflər müqaviləni uzatmaq barədə qərarı ən geci altı ay əvvəl verməlidirlər.

Müqavilənin müddətindən əvvəl dəyişdirilməsi və ya ləğv edilməsi nəzərdə tutursa, bu necə həll oluna bilər?

“Radiolur” Ermənistan və “Cənubi Qafqaz Dəmir Yolları” arasındakı müqaviləni araşdırıb. Sənəddə qeyd olunub ki, müqavilə istənilən vaxt (müddəti bitməmişdən əvvəl) uyğun sazişlə ləğv edilə bilər. Lakin bu halda tərəflər üçün müəyyən öhdəliklər müəyyən edilib:

Əgər müqavilə Konsedent (Ermənistan hökuməti) tərəfindən ləğv edilirsə, onda ER “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinə infrastruktura edilmiş investisiyaların ümumi məbləği ilə müqavilənin ləğv edildiyi tarixə qədər əldə edilmiş gəlirlər arasındakı fərqi ödəməlidir (şərtlə ki, Konsessor öz öhdəliklərini yerinə yetirib).

Erkən xitamın şərtləri tərəflərin razılığı ilə müəyyən edilir.

Müqavilədə maraqlı bir bənd də var: “Tərəflər istənilən vaxt yazılı razılıqla müqavilənin istənilən bəndini dəyişə, ləğv edə və ya yeniləyə bilər.

Müqavilənin hər hansı bəndinin tətbiq edilməməsi, o bənddən imtina və ya gələcəkdə onu tətbiq etmək hüququndan imtina kimi qiymətləndirilə bilməz”.

Təhlükəsizlik siyasəti üzrə araşdırma mərkəzinin rəhbəri  Areq Koçinyanın sözlərinə görə, TRIPP çərçivəsində əsas məsələ dəmir yollarının idarəetmə modelinin dəyişdirilməsidir. Bu məsələ ilk növbədə gündəmdə olmalıdır.

Baş nazir  Nikol Paşinyanın  açıqlamasında Ermənistanın siyasi iradəsini bildirib ki, Türkiyə və Naxicevan Muxtar Respublikası, həmçinin Türkiyə və Azərbaycanın əsas hissələri arasında dəmir yolu tranzitini təmin etməyə hazırdır. Bu hissələrdə dəmir yolu xətti təmir və ya yenidən qurulma ehtiyacındadır. Paşinyan texniki məsələlərin həllini növbəti 2-3 il ərzində gözlədiyini bildirib:

“Yaxın gələcəkdə boru kəmərləri və Azərbaycan-Ermənistan-Türkiyə elektrik ötürümləri Ermənistan ərazisindən keçəcək. Dəmir yolu və avtomobil yolu əlaqələri də təmin ediləcək. Bunların hamısı TRIPP çərçivəsində müzakirə olunur. Biz həmçinin Türkiyə və Azərbaycanla müvafiq danışıqlar aparırıq və ABŞ ilə bu sazişləri həyata keçirmək üçün işləyirik.”

Ermənistan Xarici İşlər Nazirinin açıqlaması:

Ararat Mirzoyan “Trump yolu” ilə keçəcək dəmir yolunun “Cənubi Qafqaz Dəmir Yolları”nın konsessiyası altında olub-olmayacağı barədə dəqiq cavab verə bilməyib.

Əvvəllər müstəqil deputat Geqam Nazaryan nazirdən soruşub ki, “Tramp yolu” xəttinin Rusiya tərəfinin razılığı olmadan tikilə və idarə edilə bilməyəcəyi barədə danışıqlar var.

“Cənubi Qafqaz Dəmir Yolları”na Ermənistanın mövcud dəmir yolu infrastrukturu həvalə edilib. TRIPP hələ mövcud deyil, ona görə də onun idarəsi illər əvvəl imzalanmış konsessiya müqaviləsinə daxil edilə bilməz. Biz bu mövqeyimizi Rusiya tərəfinə bildirmişik” – deyə Mirzoyan cavabında  qeyd edib.

“Cənubi Qafqaz Dəmir Yolları” şirkətinin mövqeyi:

Şirkət “Radiolur”a açıqlamasında vurğulayıb ki, Ermənistan hökuməti müstəqil qərar verə bilər – xüsusilə də Meğri dəmir yolu hissəsinin gələcək istismarı barədə.

Bəyanatda deyilib:

“Baxmayaraq dəmir yolu xətti Rusiyanın konsessiya idarəçiliyinə verilsə də, o, ER-na  məxsusdur. Buna görə də, Ermənistanın istəyi ilə dəmir yolu əmlakının müəyyən hissəsinin idarəçiliyinə  Ermənistana qaytarıla bilər.

Əgər hökumət belə qərar qəbul etsə, konsessiya müqaviləsi yenidən nəzərdən keçirilə və yanaşmalar dəyişdirilə bilər – müqavilədə bunu məhdudlaşdıran bəndlər yoxdur”.

Bu o deməkdir ki, Ermənistan hökumətinin qərarı və “Cənubi Qafqaz Dəmir Yolları”nın razılığı ilə bu əmlak (xüsusilə Meğri hissəsi) konsessiyadan çıxarıla bilər, idarəetmə üçün beynəlxalq və ya yerli tender keçirilə və ayrıca operatora verilə bilər.

 Şirkət bildirib ki, müqavilədə bu kimi məsələlər qeyd olunmayıb və Meğri xətti onlara veriləndən bəri heç bir iş görülməyib.

Daha çox göstər
Back to top button