
Ermənistanın İqtisadiyyat naziri Gevorg Papoyan Hindistanda keçirilən “CII Partnership Summit 2025″ rəsmi qəbulu çərçivəsində Hindistanın Mülki Aviasiya naziri Kinjarapu Ram Mohan Naidu ilə görüşüb.
Bu barədə Ermənistanın İqtisadiyyat nazirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə aviasiya sahəsində əməkdaşlıq perspektivləri, xüsusilə də Ermənistan və Hindistan arasında birbaşa uçuşların təşkili imkanları müzakirə edilib.
“Rabitənin gücləndirilməsi iqtisadi əməkdaşlığımızın və insanlar arasında əlaqələrin genişləndirilməsi istiqamətində vacib addımdır”-deyə Gevorg Papoyan qeyd edib.
Mətn factor.am-ə məxsusdur.







