BaşlıcaSiyasət

Ərazi məsələləri ilə bağlı siyasi müzakirələrdə hələ qanuni əsas yoxdur

Ermənistan Parlamentinin sədri Alen Simonyan son müsahibəsində sərhədlərin delimitasiyası və erməni-azərbaycan əraziləri ilə bağlı yeni müzakirə mövzusu qaldırdı. Qeyd edək ki, bu son dövrlərdə bir çox siyasətçilərin diqqət mərkəzində olan anklav-eksklav mövzusu deyil.

Ərazilərin qarşılıqlı qaytarılması delimitasiya prosesinin tərkib hissəsi kimi nəzərdən keçirilir ki, bu da mahiyyət etibarilə prosesin ən son mərhələsidir və illərlə davam edəcək iş tələb edir.

Uzun müddətdir ki, delimitasiya məsələləri üzrə komissiyanın işi barədə məlumat yoxdur. Son sual-cavab sessiyasında Ermənistanın  Baş nazir nüavini, delimitasiya üzrə erməni komissiyasının rəhbəri Mher Qriqoryan yaxın gələcəkdə növbəti görüşün elan olunacağını bildirib.

 Delimitasiya komissiyaları son dəfə sentyabr ayında Sünikdə TRIPP layihəsini müzakirə etmək üçün görüşüb. Qriqoryan bu layihə üçün fövqəladə delimitasiyanın zəruri ola biləcəyini istisna etməyib.

Azərbaycanın təxminən 110 km² ərazisində ER   silahlı qüvvələri yerləşib

“Lurj kast” podkastında Parlament sədri Alen Simonyan belə bir açıqlama edib:

“110 kilometrlik ərazidə biz onların torpaqlarındayıq, təxminən, heç kim dəqiq bu rəqəmi deyə bilməz və təxminən 200 kvadrat kilometrlik ərazidə onlar bizim torpaqlarımızdadırlar. Mən rəsmi olaraq deyirəm – bəli, belə yerlər var, hələ 90-cı illərdən bəri biz irəliyə doğru hərəkət edirik və indi biz bunu bu tərəf- o tərəf aparırıq”

Parlament sədrinin hansı ərazilərdən danışdığı Tavuş qubernatoru Hayk Qalumyan üçün, yəqin ki, sirr deyil. Onun fikrincə, bu Ermənistan vətəndaşları üçün də sürpriz olmamalıdır:

“Əziz xalqım, tam aydındır ki, burada belə böyük sirr yoxdur. Voskepar və Berkaber hissələrində bizdə belə ərazilər var”.

Bütün bunlar hələ sadəcə daxili söhbətlərdir, çünki praktikada rəqəmlər delimitasiya prosesində dəqiqləşdirilməlidir.

Təhlükəsizlik siyasəti tədqiqat mərkəzinin eksperti, siyasətşünas Samvel Meliksetyan xatırladır ki, azərbaycan tərəfi hələ 2024-cü ildə ərazilərin qaytarılması mövzusunu irəli sürüb, lakin müzakirələr tədricən yumşaldı.

“8 kənd haqqında danışılırdı. 2024-cü ilin martında isə 4 kənd haqqında danışılırdı, üstəlik anklav olmayan, üstəlik bütün bu ərazilər mənim hesablamalarıma görə təxminən 8 km idi ki, bunun bir hissəsi erməni nəzarətində, digər hissəsi isə neytral zonada idi.

Nəticədə bu 8 km-dən erməni tərəfi təxminən 3,5 km²-ni geri qaytardı. Böyük üçbucaq bizdə qaldı ki, bu da rabitə baxımından çox vacib idi.

Niyə? Çünki qarşı tərəf bu tələbləri irəli sürərkən siyasi bəyanatlar sahəsindən həmin qanuni əsasa – Alma-Ata Bəyannaməsinə keçdi ki, bu da sovet dövrünün köhnə inzibati sərhədləridir.

Əgər siz bir şey tələb edirsinizsə, eyni prinsipə əsasən başqa bir şey verməlisiniz. Çünki eyni xəritələrə görə Bağanis, Ayrım, Aşağı Əskipara, Yuxarı Əskipara azərbaycan kəndləridirsə, eyni xəritələrə görə qonşu ərazilər ermənilərə aiddir və ya Artsvaşen ermənilərə aiddir və siz seçim edə bilməzsiniz.

Buna görə də Azərbaycan tədricən bu tələblərdən də imtina etdi, çünki başa düşdü ki, onun da itirəcəyi bir şey var”.

Hər halda, rəsmi Yerevan bəyan edir ki, əgər delimitasiya prosesində qanuni əsaslar aydınlaşdırılıb təsdiqlənərsə, Ermənistan nəzarətində olan azərbaycan kəndlərini qaytarmağa hazırdır.

 Son müsahibələrindən birində Ermənistan Baş naziri Nikol Paşinyan qeyd edib ki, bu məsələnin qanuni əsasları ilə bağlı tərəflər arasında hələ tədqiqatlar və müzakirələr başlamayıb. Bu proses delimitasiyanın bir hissəsi olmalıdır.

“Azərbaycan öz əsaslarını gətirməlidir, biz öz əsaslarımızı gətirməliyik, 1991-ci ildə, bizim müstəqilliyimizdən əvvəlki dövrdə Ermənistan Respublikasının ərazisində konkret kəndlər olub, bu sirr deyil, bu kəndlərin bir hissəsi İcevan rayonundadır və mən bu kəndlərdən tək-tək keçmişəm, bu sadəcə anklavlar mövzusu deyil, başqa mövzular da var.

Nəzərdə tuturam ki, 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən ərazilərin bütövlüyünü nəzərə alaraq biz problem yaşayırıq və bizim ərazilərimiz işğal altındadır və onların əraziləri işğal altındadır.

Təxmini olaraq deyə bilərik ki, nədən danışılır, amma bu yaxşı janr deyil, çünki biz qanuni prosesi buraxaraq fərziyyələrlə hərəkət edirik”.

Ermənistan həmçinin delimitasiya ilə əlaqədar olaraq Azərbaycan silahlı qüvvələrinin 2021 və 2022-ci illərdə işğal etdiyi Sünik, Vayots Dzor və Geğarkunik vilayətlərindən çıxacağı gözləntisini bəyan edib.

Anklav-eksklav müzakirələrində də qanuni əsaslar təqdim edilməlidir

Baxmayaraq ki, bu, adətən delimitasiyanın ən son mərhələsidir və illər tələb edəcək, lakin xəritəşünas, coğrafiyaşünas Ruben Qalçyan artıq açıqlayır:

“Əgər Azərbaycan deyir ki, bu ərazi mənimdir, onda özü sənəd təqdim etməlidir – nə zaman, necə, hansı vasitə ilə, hansı üsulla ona verilib. Onların belə sənədi yoxdur. Onlar sadəcə bu barədə danışırlar.

Biz də deyirik ki, arxivlər var. Mən bir qədər araşdırmışam. Mənim köməkçilərimdən mütəxəssislər var ki, illərlə burada işləyiblər.

Heç bir sənəd yoxdur ki, anklavlar Azərbaycana verilib. Sadəcə sovet qərargahının xəritələrində çəkilib və cəmiyyətə təqdim edilib”

Anklavlar mövzusunu davam etdirərək, siyasətşünas Samvel Meliksetyan qeyd edir ki, bu mövzu Ermənistanda və Azərbaycanda ekvivalent şəkildə təqdim olunmur, Ermənistanın açıq informasiya prinsipi və Azərbaycanın qapalı informasiya prinsipi nəzərə alınmaqla.

“Əgər siz Azərbaycan dilində məqalələr açsanız Arazdayan haqqında, onlar deyirlər ki, bu cüzi bir ərazidir. Amma qonşu kəndlərin sakinləri dərhal deyirlər ki, onların rayon mərkəzinə gedən yolu kəsilir, yüksəkliklər ermənilərin əlinə keçir, biz ərazini otlaq kimi istifadə edirdik, onlar orada su anbarı tikiblər, su resurslarından istifadə edirlər.

Yəni onların informasiya sahəsi elədir ki, Arazdayanın heç bir əhəmiyyəti yoxdur, baxmayaraq ki, 30 kəndin rayon mərkəzinə gedən yolunu kəsir. Bizim informasiya sahəmiz isə elə təəssürat yaradıb ki, deyək, əgər Kərki Azərbaycana qayıdırsa, biz İranla əlaqəni itiririk”.

Azərbaycan “Tramp yoluna” qoşulacaq yolu tamamlayır

Yeri gəlmişkən, Azərbaycan “Tramp yoluna” qoşulacaq yolun tikintisini başa çatdırır. Bu barədə ölkənin prezidenti İlham Əliyev Daşkənddə Mərkəzi Asiya dövlətlərinin rəhbərlərinin 7-ci məsləhət görüşündə çıxış edərkən bəyan edib.

“Tramp yolu” nəqliyyat magistralıdır ki, Ermənistanın Sünik vilayətindən keçəcək və Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək.

Əliyev bildirib ki, sitat: “Azərbaycan ərazisində Zəngəzur dəhlizinin tikintisi başa çatır. İlkin mərhələdə 15 milyon ton yük daşıma qabiliyyətinə malik dəmir yolu Mərkəzi dəhlizin vacib magistralına çevriləcək. Eyni zamanda Zəngəzur dəhlizinin hissəsi olacaq avtomobil yolunun tikintisi də başa çatır”.

Region məsələləri üzrə ekspert Armen Petrosyan öz Facebook səhifəsində Bakıya Mərkəzi Asiyanın məsləhət görüşlərinin tamhüquqlu üzvlük statusunun verilməsinə diqqət çəkib.

Beləliklə, siyasətşünasın fikrincə, Azərbaycan bütün kartları qarışdırır və Əliyevin Daşkənddəki çıxışları və mövqeyindən ən azı 7 sual yaranır.

Armen Petrosyanın fikrincə, C6 platformasının formalaşması yolu ilə yanaşı, AB-Ermənistan prosesinin reallığı şəraitində EATM çətin vəziyyətdə qalacaq.

Gözləniləndir ki, o, vahid gömrük və iqtisadi zona kimi C6+ Rusiya daha geniş məzmunlu formatına çevrilə bilər.

 Digər məqamla bağlı siyasətçi qeyd edir ki, əslində ən azı geosiyasi və geoiqtisadi baxımdan Ermənistan Mərkəzi Asiyanın qonşu ölkəsinə çevrilir, TRIPP isə daha vacib logistik layihəyə çevrilir.

Daha çox göstər
Back to top button