
Ermənistanın Baş naziri Nikol Paşinyanın Qazaxıstana etdiyi rəsmi səfər çərçivəsində Astanada Mesrop Maştotun adına küçənin təntənəli açılış mərasimi nəzərdə tutulub.
Qazaxıstandan olan müxbirin məlumatına görə, təntənəli tədbirdə Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın və Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Janna Andreasyanın iştirakı nəzərdə tutulub.
Hələ keçən il Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfəri zamanı qeyd edilmişdi ki, qarşılıqlılıq prinsipi əsasında Astanada erməni əlifbasının yaradıcısı Mesrop Maştotsun, Yerevanda isə qazax şairi, qazax ədəbiyyatının banisi Abay Kunanbayevin adının küçələrə və ya parklara verilməsi müzakirə olunur.
Cari ilin aprel ayında Yerevan Şəhər Şurasının qərarı ilə Aven inzibati rayonunda yerləşən Alma-Ata küçəsinin bitişik ərazisindəki parka qazax ədəbiyyatının banisi Abay Kunanbayevin adı verilib.







