
Azərbaycanlı iqtisadçı və politoloq Altay Göyüşov Facebook sahifəsində Ermənistanın texnologiya sektoruna böyük sərmayələr qoyması ilə bağlı paylaşım edib və onları Azərbaycanın siyasəti ilə müqayisə edib.
O qeyd edib ki, NVIDIA Ermənistana 1,5 milyard yatırır, Azərbaycanın təhsil naziri Emin Əmrullayev isə Sudan səfiri ilə görüşüb, elm və təhsil sahəsində əməkdaşlıq və inkişaf perspektivlərini müzakirə edib.
“A kişi, Sudanla hansı elm və təhsil əməkdaşlığı olacaq? Ölkədə vətəndaş müharibəsi gedir, hökumət kimdir, kim hara nəzarət edir, paytaxt kimin əlindədir bəlli deyil, deyir, elm və təhsil sahəsində əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.
Keçiblər Azərbaycan camaatı ilə bütün mənalarda məzələnməyə”,- o yazıb.







