
UFC-nin yüngül çəki dərəcəsində (70 kq-dək) reytinq lideri Arman Tsarukyan Yeni Zelandiyalı Dan Hooker ilə qələbə qazandığı döyüşdə rəqibindən daha az qazanc əldə etdi. Bu barədə “Essentially Sports” xəbər verir.
Döyüşə görə erməni döyüşçüsü 300 min dollar (iştirak haqqı), həmçinin 50 min dollar bonus (axşamın ən yaxşı performansı üçün) və 14 min dollar sponsorluq qazancı alıb. Onun ümumi gəliri 374 min dollar təşkil edib.
Dan Hooker isə 421 min dollar qazanıb:
400 min dollar – döyüş iştirakı,
21 min dollar – sponsorluq ödənişi.
Xatırladaq ki, Dohada keçirilən UFC Fight Night 265 turnirinin əsas döyüşündə erməni döyüşçüsü vaxtından əvvəl qələbə qazanaraq ikinci raundda boğma hərəkət tətbiq etdi.
Bu qələbə sayəsində 29 yaşlı Tsarukyan UFC-in yüngül çəki dərəcəsində çempionluq ümidçisi oldu. Çempion titulu hal-hazırda İspaniyanı təmsil edən gürcü döyüşçü İlya Topuriyayə məxsusdur.
Arman Tsarukyan qarışıq döyüş sənətində 26 döyüş keçirib, 23 qələbə qazanıb və 3 məğlubiyyət alıb.
Mənbə factor.am.







