BaşlıcaEkonomika

YTS naziri Ermənistanda fəaliyyət göstərən ABŞ yarıkeçiricilər şirkətlərinin rəhbərləri ilə görüşüb

Ermənistanın Yüksək Texnologiyalar Sənayesi (YTS)naziri Mxitar Hayrapetyan işgüzar səhər yeməyi formatında Ermənistanda fəaliyyət göstərən ABŞ transmilli yarıkeçiricilər şirkətlərinin rəhbərləri ilə görüşüb.

Alınan məlumata görə, bu barədə Mxitar Hayrapetyan “Facebook” səhifəsində paylaşım edib.

“Müzakirələrin əsasında yarıkeçiricilər sənayesinin inkişafı, texnologiyaların ixracı və idxalına nəzarət prosedurları ilə bağlı praktik məsələlər durub.

 Həmçinin, Ermənistan və ABŞ arasında 8 avqustda Vaşinqtonda imzalanmış Süni İntellekt və Yarıkeçiricilər Sahəsində İnnovativ Əməkdaşlıq Memorandumundan irəli gələn yeni imkanlara və bu kontekstdə gələcək addımlarımıza da toxunduq” – deyərək nazir  qeyd edib.

Görüşdə iştirak edənlər bu cür formatda tədbirlərin əhəmiyyətini – dövlət və özəl sektor arasında açıq, effektiv və davamlı dialoq platforması kimi qiymətləndiriblər.

Görüşün sonunda Ermənistanın texnoloji ekosisteminin inkişafı və beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində birgə işi davam etdirmək və sistemli yanaşmalar hazırlamaq barədə razılıq əldə olunub.

“İşgüzar səhər yeməyi ‘İnvestisiyaları Dəstəkləmə Fondu’nun təşəbbüsü ilə təşkil edilib. Görüşdə BTN nazirinin müavini Ruben Simonyan, həmçinin Synopsys, AMD, CISCO, Emerson (NI), Siemens şirkətlərinin, MDB-nin və texnoloji sahə assosiasiyalarının nümayəndələri də iştirak ediblər” –  deyərək Mxitar Hayrapetyan  qeyd edib.

Daha çox göstər
Back to top button