BaşlıcaSiyasət

Ermənistan hazırda KTMT-dən çıxmağı düşünmür

Ermənistan hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq məsələsini nəzərdən keçirmir.

Bunu xarici işlər nazirinin müavini Mnatsakan Safaryan brifinqdə Yerevanın KTMT zirvə görüşlərində iştirak etməmək, lakin sənədlərin qəbul edilməsinə mane olmamaq siyasətinə toxunaraq bunu bildirib.

Safaryan xatırladıb ki, Ermənistanın mövqeyi artıq bəyan edilib.

“Yerevan KTMT-nin işində iştirak etmir, lakin qərarların qəbul edilməsinə mane olmur. Ermənistan xarici siyasətini maraqlara əsaslanaraq, yaranan vəziyyətə uyğun olaraq həyata keçirir. Ermənistanın balanslaşdırma siyasəti bəyan edilib və Ermənistan qərarları bu çərçivədə qəbul edir”, – deyə nazir müavini qeyd edib.

Jurnalistlərin Ermənistanın təşkilatın işində iştirak etmədən niyə KTMT-də qalmağa davam etdiyinə dair sualını Safaryan belə cavab verib.

“Bu mərhələdə siyasət belədir. Əlavə mövqelər və ya addımlar olarsa, bu barədə məlumat verəcəyik”.

KTMT-dən çıxmaq məsələsinin Xarici İşlər Nazirliyinin gündəliyində olub-olmadığı dair sualını cavablandıran nazir müavini bunları qeyd edib.

“Hələlik qarşımıza belə bir vəzifə qoyulmayıb. Əgər belə bir inkişaf baş verərsə, hamı biləcək”.

Daha əvvəl Ermənistanın 27 noyabrda Qırğızıstanda keçiriləcək KTMT sammitində iştirak etməyəcəyi məlum olub, lakin Yerevan konfransda razılaşdırılmış sənədlərin qəbul edilməsinə qarşı deyil.

Daha çox göstər
Back to top button