Rusiya Federasiyasının Krasnodar diyarının Arbitraj məhkəməsi azərbaycanlı şəxlər Novruzovun aktivlərini milliləşdirərək onları dövlət gəlirinə çevirib. Bu barədə “Kommersant” mətbusu məlumat yayıb.
Milliləşdirilən aktivlərə aşağıdakılar daxildir:
“Tuapse Dəniz Ticarət Limanı” MMC-nin nizamnamə kapitalının 100%-i
“TMCP Enterprise” şirkəti
“Temryuk Dəniz Nəqliyyat Terminalı”
“Dar Fruit” şirkətinə məxsus obyektlər
İstintaq materiallarına görə, 1994-cü ildən bəri qanunsuz əməliyyatlar vasitəsilə Tuapse limanı ərazisindəki yanaşma yeri və bir neçə bina Novruzovun, həmçinin digər tərəflər olan “Injtransstroy” korporasiyasının rəhbəri Oleq Basinin və Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Vonixel Limited” şirkətinin nəzarətinə keçib.
Tuapse Dəniz Ticarət Limanı (TDTL) və TDTL müəssisəsi idxal olunan yükləri emal edir. Bunlar əsasən Türkiyədən gətirilən meyvə və tərəvəz məhsullarıdır.
Şəxlər Novruzov Krasnodarda “Stary Baku” restoranının, TMCP müəssisələrinin, “Dar Fruit” və “Podqornı” kənd təsərrüfatı kooperativinin sahibidir.
O, həmçinin “Kubanprodukt” MMC-nin keçmiş baş direktoru olub (şirkət hazırda onun qardaşı Ramin Novruzova məxsusdur). 2024-cü ildə onun bütün şirkətlərinin ümumi gəliri təxminən 279 milyon rubl təşkil edib.
Novruzov bu ilin sentyabr ayının əvvəlində böyük miqyaslı dolandırıcılıq ittihamı ilə həbs edilib və istintaq təcridxanasına göndərilib.
Mətn factor.am-ə məxsusdur.







