BaşlıcaMədəniyyət
Tumo WISE mükafatını qazandı

Təhsil elm , mədəniyyət və İdman (TEMİ) naziri Janna Andreasyan paylaşım edərək bildirib ki, “TUMO” yaradıcı texnologiyalar mərkəzi WISE mükafatlandırmasında birinci mükafata layiq görülüb.
“Dohada keçirilən WISE mükafatlandırmasının nəticələrinə görə TUMO 500 min dollarlıq birinci mükafatı aldı və mahiyyət etibarilə təhsildə mövcud çağırışlara ən innovativ həll kimi tanındı. Təbrik edirəm” — deyə nazir yazıb.
Bundan əvvəl məlum olmuşdu ki, “TUMO” WISE mükafatlandırmasında üç qalibdən biri olmaq uğrunda mübarizə aparırdı.
Qaliblər müsabiqə komissiyasına təhsil sahəsindəki problemlərin həlli üçün innovativ yanaşmalar təqdim etməli idilər.







