
Ermənistan Parlament sədri Alen Simonyan, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxma ehtimalı ilə bağlı suala cavab verib.
Alınan məlumata görə, jurnalistlərin “Rusiyaya qarşı olmaq” ittihamlarına cavab olaraq Simonyan təəccübləndiyini bildirib:
“KTMT-dən çıxmaq Rusiyaya qarşı olmaq deməkdir? Əgər bir təşkilata üzv olursan, məsələn, Jurnalistlər Birliyinə, və bu təşkilat öz öhdəliklərini yerinə yetirmirsə, sən də oradan çıxmaq istəyirsənsə, bu o deməkdir ki, sən jurnalistlərə qarşısan?”.
Ermənistanın nə üçün hələ də bu strukturdan çıxmadığı sualına cavab olaraq Parlament sədri bildirib:
“Faktiki olaraq, biz artıq çıxmışıq. Qalan məsələlərə gəldikdə isə, bunu siyasi məqsədəuyğunluğumuza və danışıqlarımıza buraxırıq”.
Xarici İşlər nazirinin müavini Mnatsakan Safaryan isə 26 noyabrda jurnalistlərlə söhbətində Ermənistanın hazırda KTMT-dən çıxmaq məsələsini nəzərdən keçirmədiyini açıqlamışdı.







