
“Azərbaycan ərazisindən Ermənistana tranzit marşrutunun detalları ilin sonuna qədər aydınlaşdırılacaq”-deyə Rusiya Dəmir yolları şirkəti qeyd edib.
Azərbaycan ərazisindən Ermənistana tranzit marşrutunun açılması əlavə logistik imkanlar yaradır. Bu barədə “Rusiya Dəmir yolları” şirkətinin baş direktoru müavini Sergey Pavlov Report agentliyinə bildirib.
Onun sözlərinə görə, prosesin yeni xarakterinə baxmayaraq, ilk sınaq yük daşınması artıq həyata keçirilib. “Nəticələr göstərdi ki, bu marşrut yük daşıyanlar və müştərilər üçün ən səmərəli variantlardan biridir” – deyə o, qeyd edib.
Pavlov vurğulayıb ki, tərəflər hazırda ixrac, idxal və tranzit çərçivəsində daşınacaq yüklərin növlərini müəyyən etmək üzrə işləyirlər.
“Bu proses mürəkkəbdir və uyğunlaşdırmanın müəyyən mərhələlərini tələb edir. Lakin o, artıq aktiv mərhələdədir” – deyə “Rusiya Dəmir yolları” şirkətinin nümayəndəsi bəyan edib.
O, əlavə edib ki, keçən günlərdə bu məsələ ilə bağlı tərəflərin birgə iclası keçirilib. Gözlənilir ki, bütün detallar bu ilin sonuna qədər aydınlaşdırılacaq.
“Əminəm ki, bunun tamamlanması ilə biz bu marşrutla daşınacaq yüklərin kateqoriyalarını və həcmlərini dəqiq müəyyən edə biləcəyik” – deyərək Pavlov açıqlamasında bildirib.
Mənbə factor.am.







