
Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan Estoniya Xİ naziri Margus Tsahknaya ilə telefon danışığı keçirib. Bununla bağlı məlumat Ermənistan XİN-dən verilib.
Estoniya Xİ naziri Ararat Mirzoyana 2026-cı ildə Ermənistanda Estoniya səfirliyinin açılması qərarı barədə məlumat verib.
Nazir Mirzoyan bu qərarın qəbul edilməsindən məmnunluğunu bildirərək, bunun həqiqətən də iki ölkə arasında mövcud olan möhkəm əməkdaşlığı və onun daha da dərinləşdirilməsinə qarşılıqlı marağı əks etdirdiyini vurğulayıb.
Danışıq zamanı tərəflər ikitərəfli münasibətlər, həmçinin Ermənistan-Avropa Birliyi əlaqələri üzrə iddialı gündəmin irəli sürülməsi istiqamətində konkret layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
Yaxın gələcəkdə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. Digər istiqamətlərlə yanaşı, hibrid təhlükələrə qarşı mübarizədə əməkdaşlıq məsələlərinə də toxunulub.
Regional inkişaflar kontekstində “TRIP yolu” kommunikasiya layihəsinin həyata keçirilməsi ilə yaranan imkanlar da müzakirə edilib.
Mənbə factor.am.







