Başlıcaİctimaiyyət

Avanesyan: “2029-cu ilə qədər əhalinin əksəriyyəti universal səhiyyə sığortası sisteminə daxil ediləcək”

Parlamentin Daimi Səhiyyə Komitəsinin iclasında Səhiyyə naziri Anahit Avanesyan universal səhiyyə sığortası haqqında qanun layihəsini təqdim edərək qeyd etdi ki, bu, səhiyyə sahəsində yeni, mərhələli tətbiq olunacaq sistemin əsasını qoyur.

Alınan məlumata görə, nazir son 3-3,5 il ərzində “Vətəndaş Müqaviləsi” fraksiyası və Hökumətin birgə işi nəticəsində tarixi layihənin hazırlandığını bildirib.

“Bizim məqsədimiz 2029-cu ilə qədər əhalinin əksəriyyətinin bu sistemə çıxışının təmin edilməsi və hər kəsin əsas səhiyyə xidmətlərindən yararlanmasıdır” – deyə Avanesyan vurğulayıb.

O, qanunla sığortanın 3 il ərzində mərhələli şəkildə tətbiq ediləcəyinin nəzərdə tutulduğunu bildirib:

“Qanun sıfırdan hazırlanmışdır və sığorta paketinin məzmunundan tutmuş kompensasiya mexanizmlərinə, şikayətlərin araşdırılmasına qədər bütün hüquqi sahəni tənzimləyir”.

Nazir qeyd edib ki, layihədə sığorta subyektləri, sığorta paketi, xidmətlərin çərçivəsi, kompensasiya mexanizmləri, dövlət fondunun yaradılması qaydası, xəstələrlə xidmət göstərənlər arasındakı münasibətlər əks olunub.

2026-cı il (I mərhələ): 18 yaşa qədər uşaqlar, 65+ yaşlılar, 18-65 yaş arası əlillər (I, II, III qruplar), sosial çətinlikdə olan ailələr (28+ bal) pulsuz daxil ediləcək. Həmçinin aylıq ümumi gəliri 200 min dramdan çox olan şəxslər də sığortalanacaq.

2027-ci il (II mərhələ): Aylıq 200 min dramadək qazananlar.

2028-ci il (III mərhələ): Qalan qruplar (kənd təsərrüfatı işçiləri, onların ailə üzvləri və s.).

Avanesyan qeyd edib ki, qanunda əsas xidmətlərin siyahısı müəyyən edilib”.

Sığorta ilkin tibbi yardım, təcili yardım və xəstəxana müalicəsini əhatə edəcək. Xidmətlərin dəqiq siyahısı Hökumət qərarı ilə təsdiqlənəcək”.

Daha çox göstər
Back to top button