BaşlıcaSiyasət

ER  İqtisadiyyat naziri Türkiyədə keçirilən beynəlxalq Forumda iştirak edib

Ermənistanın İqtisadiyyat naziri Gevorg Papoyan noyabrın 28-də Türkiyənin İstanbul şəhərində “Zero Waste Forum” (Sıfır Tullantılar Forumu) adlı beynəlxalq konfransda iştirak edib.

 Nazir Facebook səhifəsində paylaşım edərək qeyd edib ki, Forumda kənd təsərrüfatı sahəsini əhatə edən 20-yə yaxın nazir, digər yüksək vəzifəli şəxslər və siyasətçilər iştirak ediblər. Məqsəd “sıfır tullantı” ideyasını qlobal miqyasda təşviq etməkdir.

Tədbir çərçivəsində Gevorg Papoyan Türkiyə, İran, Azərbaycan, Moldova və İraqın kənd təsərrüfatı nazirləri ilə qısa görüşlər keçirib.

Daha çox göstər
Back to top button