
Ermənistan Respublikasının Müdafiə naziri Suren Papikyan Misirin Müdafiə naziri, general Əbdül Məcid Səkr ilə görüşüb. Alınan məlumata əsasən, bu haqda ER Müdafiə nazirliyi məlumat verərək, görüşdə həmçinin Misir Ərəb Respublikasında Ermənistan Respublikasının Fövqəladə və səlahiyyətli səfiri Armen Sarkisyanın da iştirak etdiyini qeyd edib.
Tərəflər görüş zamanı müdafiə sahəsində əməkdaşlığın imkanları ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Həmçinin, beynəlxalq və regional təhlükəsizliyə aid məsələlərə də toxunublar.







