İctimaiyyət

Polşa Ermənistan vətəndaşları üçün sadələşdirilmiş işə qəbul prosedurunu davam etdirir

Ermənistan vətəndaşları sadələşdirilmiş prosedurla Polşada işləməyə davam edə biləcəklər. Müvafiq qərarı Polşanın Əmək, Ailə və Sosial Siyasət naziri verib.

Xüsusilə, Ermənistan vətəndaşları Polşada bəyannamə əsasında işləyə biləcəklər. Bu da onlara viza dəvətnaməsi və müvəqqəti yaşayış icazəsi almağa, eləcə də ardıcıl iki il ərzində mövsümi olmayan iş tapmağa imkan verir.

Belarus, Moldova və Ukrayna vətəndaşları da eyni hüquqa malik olacaqlar.

Bundan əlavə, yeni qərara əsasən, Gürcüstan vətəndaşları 1 dekabrdan etibarən bu imtiyazdan məhrum olacaqlar.

Daha çox göstər
Back to top button