
Talış hüquq müdafiəçisi Boris Talışinski Facebook səhifəsindəki bir yazısında Azərbaycanın hazırkı siyasi sistemini kəskin şəkildə tənqid edərək, onu tamamilə avtoritar və ailə idarəçiliyinə yönəlmiş kimi xarakterizə edib.
Talışinskinin sözlərinə görə, son aylardakı hadisələr göstərir ki, hakimiyyətin irsi şəkildə ötürülməsindən sonra İlham Əliyev özünü seçilmiş lider kimi deyil, ölkənin “tək sahibi” kimi göstərir.
Onun qiymətləndirməsinə görə, əslində Azərbaycan hakim ailənin şəxsi mülkiyyəti kimi fəaliyyət göstərir, ölkədə digər siyasi qüvvələrin səsləri isə boğulur.
Müxalifətçi qeyd edir ki, bunun ən aşkar sübutlarından biri siyasi məhbusların sayının artmasıdır. Talışinski vurğulayır ki, ABŞ-nin hazırkı Prezidenti Donald Trampın Əliyevə yönəltdiyi təriflər (“Əliyev güclü liderdir”) onun özünəinamını və toxunulmazlıq hissini daha da gücləndirib.
Yazıda həmçinin deyilir ki, belə bir yanaşma siyasi repressiyaları, fikir azadlığına təzyiqi gücləndirib və aktivistlərə hücumların sayını artırıb:
“Bu gün ölkədə qurulmuş sistem avtoritar çalarlardan tamamilə avtoritar rejimə keçib. Siyasi rəqabətin olmaması, hakimiyyətin dəyişməsi üçün real mexanizmlərin olmaması və cəmiyyət üzərində tam nəzarət – bunun ən birbaşa əlamətləridi” – deyərək Talışinski qeyd edir.







