Hökumət bir sıra şəhərlərdə hava limanlarının olması imkanlarını araşdırır

Kiçik aviasiyanın inkişafı Ermənistan hökumətinin proqramları arasındadır.
“Armenpress”in məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Parlamentin hökumətlə sual-cavab sessiyasında deputat Davit Danielyanın Qoris və Sisianda hava limanlarının olması ehtimalı ilə bağlı sualına toxunaraq deyib.
“Kiçik aviasiyanın inkişafı proqramlarımıza daxildir. Şinuhayr, Sisian, Stepanavan, Qavar, Berddə hansı imkanların ola biləcəyini araşdırırıq. Mütləq bu istiqamətdə işləyəcəyik, onlar tədqiqat mərhələsindədirlər. Həmçinin özəl investorları cəlb etməyə çalışırıq”, – deyə Paşinyan bildirib.
Kapan hava limanı ilə bağlı suala gəlincə, Baş nazir təyyarənin daha bir texniki yoxlamadan keçdiyini bildirib.
“Hazırda texniki yoxlama başa çatana qədər başqa bir təyyarə cəlb etmək üçün işlər görülür və uçuşlar davam edəcək, heç bir problem yoxdur, məsələ texniki məsələdir”, – deyə Paşinyan bildirib.







