
Beynəlxalq Valyuta Fondu (BVF) Ermənistan üçün 128,8 milyon ARS (təxminən 175 milyon ABŞ dolları) dəyərində 36 aylıq yeni Stand-By Proqramını (SBA) təsdiqləyib, Ermənistan Respublikasının Maliyyə Nazirliyi məlumat yayıb.
BVF-nin bəyanatında qeyd olunub ki, Ermənistan son illərdə makroiqtisadi və maliyyə sabitliyini qoruyub saxlamaqla çoxsaylı çağırışların öhdəsindən uğurla gəlib. Yeni Stand-by proqramı davamlı və inklüziv inkişafı təşviq etmək üçün Hökumətin islahat gündəliyinin davam etdirilməsini dəstəkləmək məqsədi daşıyır.
Bəyanatda həmçinin Ermənistanın sosial müdafiə, səhiyyə və təhsil sahələrində prioritet xərc ehtiyaclarını aydın şəkildə müəyyən edən 2026-cı il dövlət büdcəsinə istinad edilir. Ortamüddətli perspektivdə ehtiyatlı xərclərin prioritetləşdirilməsi və effektiv vergi siyasəti borcun idarə oluna bilən və dayanıqlı səviyyədə saxlanılması üçün tədricən fiskal konsolidasiyaya dəstək verməyə davam edəcək.







