BaşlıcaSiyasət

Almaniya Ermənistanın Avropa ilə yaxınlaşmasında maraqlıdır: Merts

Almaniya Ermənistanın Avropa ilə yaxınlaşmasında çox maraqlıdır.

Bunu Almaniya kansleri Fridrix Merts Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında Almaniyanın Ermənistanın dərin AB inteqrasiyası, o cümlədən iqtisadi, enerji və institusional sahələrdə yeni imkanların yaradılmasını dəstəkləməyə hazır olub-olmadığı sualına cavab olaraq təsdiqləyib.

“Biz Ermənistanın Avropa ilə yaxınlaşmasında çox maraqlıyıq. Bizim konkret layihələr üzrə razılığımız var, Almaniya həmçinin bu sahədə daha böyük müstəqilliyə nail olmaq üçün enerji təchizatı sektorunda bir sıra layihələrdə Ermənistana kömək edəcək”,- Merts bildirib.

O, Ermənistanın Baş naziri ilə bu barədə çox konkret söhbət etdiklərini və müvafiq razılaşmalara nail olduqlarını, bu razılaşmaların yazılı şəkildə də ifadə edildiyini qeyd etdi.

Növbəti illərdə sıx əməkdaşlıq etmək üçün ikitərəfli razılaşma var. Almaniya kansleri qeyd etdi ki, Azərbaycanla sülhdən sonra bu prosesi geniş, sabit və Avropa əsasına qoymaq üçün tarixi bir şans var.

O qeyd edib ki, Avropanın Cənubi Qafqaz regionu ölkələri üçün də böyük cəlbediciliyi var.

Daha çox göstər
Back to top button