BaşlıcaSiyasət

RSF illik hesabatında Azərbaycanda mətbuat azadlığının acınacaqlı vəziyyətinə toxunub

Sərhədsiz Reportyorlar (RSF) beynəlxalq insan haqları təşkilatının yeni hesabatında deyilir ki, Rusiya, Gürcüstan, Azərbaycan və Belarusdakı vəziyyət keçmiş SSRİ ölkələrində mətbuat azadlığına ciddi təhlükənin olduğunu açıq şəkildə göstərir.

Qeyd olunur ki, Gürcüstanda hökumət avtoritar idarəetməyə doğru sistematik hərəkətini davam etdirir və bu, 2025-ci ilin yanvar ayında gürcü jurnalist Mzia Amaqlobelinin həbsi ilə nəticələnib. Hazırda Azərbaycanda 25 jurnalist həbsdədir. Nəhayət, Rusiya ən çox jurnalist həbsdə olan ölkələrin siyahısında ikinci yerdədir. 1 dekabr 2025-ci il tarixinə olan məlumata görə, orada 26 Ukrayna vətəndaşı da daxil olmaqla 48 jurnalist həbsdə olub”, – təşkilatın hesabatında qeyd olunur.

Hesabatda onu da deyilir ki, Azərbaycanda 25 jurnalistin həbsdədir, onlardan 20-si son bir ildə saxlanılıb. Bu fonda Azərbaycanda 25 jurnalistin həbsdə olması və 20 nəfərin son bir il ərzində saxlanılması RSF-nin hesabatında xüsusi narahatlıq doğuran göstəricilərdən biri kimi təqdim olunub.

Daha çox göstər
Back to top button