
Dekabrın 12-də saat 00:27-də polisə Polşa futbol azarkeşlərinin Vernissaj yaxınlığında “hər şeyi sındırdıqları” barədə zəng daxil olub.
“İctimaiyyətə qarşı açıq şəkildə hörmətsizlik və xuliqanlıq şübhəsi ilə Xancyan küçəsinə gedən Dövlət Polisinin Mərkəzi Departamentinin növbətçi qrupu və polis mühafizəçiləri Polşa Respublikasının 17 vətəndaşını həbs edərək polis bölməsinə aparıblar.
Tərtib edilmiş sənədlər istintaq şöbəsinə təhvil verilib”.
Polşalı futbol azarkeşləri Konfrans Liqasının 5-ci turunda Noah və Legia Varşava arasında keçirilən və Ermənistan komandasının 2:1 hesablı qələbəsi ilə başa çatan oyunu izləmək üçün Ermənistana gəlmişdilər.







