
Ermənistanın hər onuncu sakini artıq Binance istifadəçisidir və ölkə qlobal kriptovalyuta investisiya indeksində 14-cü yerdədir, Binance-in Mərkəzi Asiya və MDB üzrə marketinq meneceri Stanislav Delyonok Yerevanda keçirilən Binance Community MeetUp tədbirində bildirib.
Onun sözlərinə görə, Ermənistan rəqəmsal aktivləri həyatın müxtəlif sahələrinə inteqrasiya edərək “kripto inkişafının ön sıralarındadır”. “Atılan bütün addımlar rəqəmsal aktivlərlə işi daha başa düşülən, ümumi və Ermənistanda mümkün olan ən geniş təbəqə üçün əlçatan etmək məqsədi daşıyır”- deyə Delyonok qeyd edib.







