
Avstriyanın Avropa və Beynəlxalq İşlər üzrə Federal Naziri Beate Meinl-Reisinger Ermənistana səfər etmək niyyətini açıqlayıb.
Avstriyanın Avropa və Beynəlxalq İşlər üzrə Federal Naziri İnstaqram səhifəsinin story bölməsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla birgə video paylaşıb.
“Bu gün Ermənistan xarici işlər naziri ilə çox məhsuldar bir səhər yeməyi yedik. Yerevana səfər etmək fürsətini səbirsizliklə gözləyirəm. Bu, çox vacib tərəfdaşlıqdır”, – deyə o qeyd edib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan cavab olaraq dəstəyə və xoş sözlərə görə minnətdarlığını bildirib və qeyd edib ki, Avstriya nazirinin Ermənistana səfərini səbirsizliklə gözləyir.
“Dəstəyə və xoş sözlərə görə çox minnətdaram. Ermənistana planlaşdırılan səfərinizi səbirsizliklə gözləyirəm”, – Mirzoyan deyib.







