
Ermənistan və İsveçin xarici işlər nazirləri Ermənistanda azad və ədalətli seçkilərə dəstəyin əlaqələndirilməsi məsələsini müzakirə ediblər.
İsveçin xarici işlər naziri Maria Stenerqard bu barədə özünün X mikrobloqunda yazıb. O, Xarici İşlər Şurasının iclasından əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla məhsuldar səhər yeməyi yediyini bildirib.
“Avropa İttifaqı və İsveç Ermənistanla əlaqələrin dərinləşdirilməsinə sarsılmaz dəstəyini bir daha təsdiqləyiblər. Biz islahat gündəliyinə ortaq öhdəliyi və Ermənistanda azad və ədalətli seçkilərə dəstəyin əlaqələndirilməsini müzakirə etdik”,- Stenergaard yazıb.







