
Bu gün, dekabrın 18-da Azərbaycandan Ermənistana ilk neft məhsullarının partiyası göndəriləcək. Azərbaycan KİV-ləri xəbər verir ki, noyabrın 28-də Qəbələdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan arasında əldə edilən razılığa əsasən, SOCAR tərəfindən istehsal edilən 22 vaqon Aİ-95 benzini bu gün göndəriləcək.
Azərbaycan neft məhsullarının Ermənistana ixracı yalnız kommersiya xarakteri daşıyır və benzin beynəlxalq bazara uyğun qiymətə satılacaq.







