
Yerevanda Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun həmsədrliyi ilə Ermənistan Respublikası və Rusiya Federasiyası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 24-cü iclası keçirilib.
Hökumətlərarası Komissiyanın həmsədrləri Komissiyanın 2024-cü il dekabrın 20-də Moskvada keçirilmiş 23-cü sessiyasının qərarlarının icrasının nəticələrini müzakirə ediblər. Ermənistan və Rusiya arasında ticarət-iqtisadi, mədəni və humanitar əlaqələrin bütün kompleksi təhlil edilib, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişafı üçün gələcək addımlar müəyyən edilib.
Tərəflər xüsusilə enerji, sənaye, nəqliyyat, kənd təsərrüfatı, rəqəmsallaşma, səhiyyə, mədəniyyət, elm, təhsil və turizm sahələrinə toxunublar.
Danışıqların nəticəsi olaraq Mher Qriqoryan və Aleksey Overçuk Ermənistan Respublikası və Rusiya Federasiyası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 24-cü iclasının protokolunu imzalayıblar. Hökumətlərarası Komissiyanın həmsədrlərinin iştirakı ilə Rusiya və Ermənistan departamentləri səviyyəsində də bir sıra ikitərəfli sənədlər imzalanıb.







