BaşlıcaSiyasət

NATO baş katibinin müavini Ermənistana səfər edəcək

NATO baş katibinin müavini Radmila Şekerinska dekabrın 18-də Ermənistana səfər edəcək.

Bu barədə NATO-nun yaydığı press-relizdə deyilir.

Bildirilir ki, səfər çərçivəsində NATO baş katibinin müavini Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Parlamentin sədri Alen Simonyan, xarici işlər naziri Ararat Mirzoyan, eləcə də müdafiə naziri Suren Papikyanla görüşlər keçirəcək. Şekerinska vətəndaş cəmiyyətinin nümayəndələri və NATO-ya üzv ölkələrin Ermənistanda akkreditə olunmuş səfirləri ilə də görüşəcək.

Daha çox göstər
Back to top button