
17 dekabr 2025-ci il tarixində Vaşinqton Sülh Sammiti çərçivəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə ER-ABŞ işçi qrupunun strateji tərəfdaşlığın dərinləşdirilməsi və anlaşma memorandumlarının səmərəli həyata keçirilməsinə yönəlmiş ilk iclası baş tutdu. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
“ER xarici işlər nazirinin müavini Vahan Kostanyan və ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Kulter açılış nitqi ilə çıxış edərək, fəal inkişaf edən ER-ABŞ strateji tərəfdaşlığını yüksək qiymətləndiriblər.
Nazir müavini Kostanyan ABŞ-ın Cənubi Qafqazda sülhün bərqərar edilməsinə əhəmiyyətli dəstəyini vurğulayıb və erməni tərəfinin “Sülhün kəsişməsi” layihəsinin potensialının inkişafı sahəsində tərəfdaşlıq, süni intellekt və yarımkeçiricilər sahəsində innovativ tərəfdaşlıq və təhlükəsizlik sahəsində tərəfdaşlıq haqqında Ermənistan-ABŞ Anlaşma Memorandumunun həyata keçirilməsi istiqamətində fəal işləməkdə maraqlı olduğunu bir daha təsdiqləyib.
Hər iki tərəf qeyd olunan tərəqqi barədə məlumat verərək, Anlaşma Memorandumunun həyata keçirilməsi istiqamətində atılan mühüm addımları vurğulayıb. Ekspertlər səviyyəsində əldə olunmuş konkret razılaşmaların həyata keçirilməsi istiqamətində müzakirələrin mümkün qədər qısa müddət ərzində davam etdirilməsi barədə razılıq əldə olunub”, – deyə məlumatda bildirilir.







