
Ermənistan Respublikasının baş nazirinin Aparatı xəbər verir ki, baş nazir Nikol Paşinyan NATO baş katibinin müavini Radmila Şekerinskanı qəbul edib.
“Həmsöhbətçilər Ermənistan-NATO tərəfdaşlığının və əməkdaşlığının inkişafı ilə bağlı məsələləri müzakirə ediblər. Baş nazir Paşinyan qeyd edib ki, Ermənistan regionda təhlükəsizlik və sabitlik gündəmini təşviq etmək üçün beynəlxalq tərəfdaşlarla, o cümlədən NATO ilə əməkdaşlığa önəm verir.
NATO baş katibinin müavini Ermənistanla tərəfdaşlığı yüksək qiymətləndirib və bundan əvvəl NATO-da akkreditə olunmuş səfirləri qəbul etdiyinə və maraqlı və məhsuldar söhbətə görə baş nazirə təşəkkür edib. Avqustun 8-də Ermənistan və Azərbaycan arasında imzalanmış Vaşinqton Bəyannaməsinə, eləcə də ondan sonrakı hadisələrə toxunulub.
“Regional kommunikasiyaların qarşısının alınmasına yönəlmiş addımlar, xüsusilə TRIPP və “Sülhün kəsişməsi” layihələri ətrafında fikir mübadiləsi aparılıb. Həmsöhbətlər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər”, – məlumatda deyilir.







