BaşlıcaSiyasət

Nikol Paşinyan Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının sessiyasında iştirak edəcək

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Ali Avrasiya İqtisadi Şurasının sessiyasında iştirak etmək üçün Sankt-Peterburqa gedəcək. “Armenpress”in məlumatına görə, bunu baş nazir Nikol Paşinyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Beynəlxalq tədbir var ki, orada iştirak etməliyəm. Bu, Ali Avrasiya İqtisadi Şurasının sessiyasıdır və mən getməliyəm”, – deyən baş nazir onun iştirakının çoxdan planlaşdırıldığını qeyd edib.

Dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində Ali Avrasiya İqtisadi Şurasının sessiyasının keçirilməsi planlaşdırılır. Dekabrın 21-22-də Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü də planlaşdırılır.

Daha çox göstər
Back to top button