
Türkiyə Trampın TRIPP vizyonunun vacib elementidir. ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn bunu CivilNet-ə verdiyi müsahibədə bildirib.
“Dəmir yolunun Naxicevandan keçən hissəsi istifadə olunarsa, Ermənistana, Şirakdan, Qarsdan keçərək Türkiyəyə qayıdarsa və oradan da hara gedərsə, bu, həqiqətən güclü bir layihə olacaq, çünki Türkiyənin kifayət qədər inkişaf etmiş dəmir yolu şəbəkəsi var”- deyə səfir bildirib.
Səfir qeyd edib ki, ABŞ bu məsələ ilə bağlı birbaşa Türkiyə ilə işləyir və əlavə edib ki, Ermənistan da Türkiyə ilə işləyir, bu vizyonu həyata keçirmək üçün bütün lazımi addımları həyata keçirməyə çalışır.
“Həm şimalda, həm də cənubda Naxicevandan keçərək Ermənistana, Gümriyə və Türkiyənin Qars əyalətinə qədər təhlükəsiz, etibarlı bir marşrut yaratmaqla şərqi qərblə və əksinə birləşdirəcək tranzit marşrutu açılacaq ki, bu marşrutun keçəcəyi demək olar ki, bütün ölkələrə fayda verəcək. Və mən deyərdim ki, Ermənistan, bəlkə də, digərlərindən daha çox faydalanacaq. Çünki 30 ildən artıqdır ki, Ermənistanın şərq və qərb sərhədləri bağlıdır”, – Kristina Kuin bildirib.
ABŞ-ın TRIPP-ə baxışını təqdim edən səfir vurğuladı ki, bu, şərqi qərbə, qərbdən şərqə və nəticədə Mərkəzi Asiyanı Qərbi Avropaya birləşdirməyə kömək edəcək bir marşrutdur. O hesab edir ki, Qafqaz müxtəlif geosiyasi səbəblərə görə uzun müddətdir ki, həmin marşruta maneə olub.
“TRIPP hazırlanarkən, vizyon ondan ibarətdir ki, o, hazırda üzərində işlədiyimiz bir növ birgə müəssisə vasitəsilə ABŞ ilə birlikdə inkişaf etdiriləcək. Ermənistan onun inkişafına kömək etmək və ərazi bütövlüyünün, suverenliyinin və yurisdiksiyasının qorunub saxlanılmasını təmin etmək üçün danışıqlar masasında daimi yer tutacaq. Buna görə də düşünürəm ki, TRIPP Ermənistana narahatlıq doğuran məsələlərlə üzləşməyəcəyinə dair çox güclü zəmanətlər verir”, – deyə ABŞ səfiri bildirib.







