Başlıcaİctimaiyyət

Ermənistanda ilk robot əməliyyatı həyata keçirilib

Ermənistanda ilk robot əməliyyatı həyata keçirilib. “Armenpress”in məlumatına görə, bu barədə Yerevan Dövlət Tibb Universitetinin rektoru Armen Muradyan öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, robot cərrahiyyə ilk dəfə “SlavMed” tibb mərkəzində tətbiq edilib, burada uroloji robotik əməliyyat – böyrək rezeksiyası aparılıb.

“Mən xoşbəxtəm və fəxr edirəm ki, ilk robot əməliyyatı uroloji olub. Əməliyyat uğurla həyata keçirilib”, – Muradyan yazıb. Cərrahi müdaxiləni uroloq Mher Mxitaryan həyata keçirib.

Daha çox göstər
Back to top button