
NATO baş katibinin müavini Radmila Şekerinska X mikrobloqunda Ermənistanla əməkdaşlığa toxunub. Şekerinska Ermənistanın müdafiə naziri Suren Papikyanla Ermənistanın müdafiə sektorundakı islahatları müzakirə etməkdən məmnun olduğunu yazıb və Ermənistanın NATO-nun Kosovo Qüvvələrinə davamlı töhfəsini yüksək qiymətləndirib.
“Biz islahatları dəstəkləməyə hazırıq və gələn il tərəfdaşlığımız üçün yeni çərçivə sənədi barədə razılığa gəlməyə ümid edirik”,- NATO baş katibinin müavini yazıb.







