BaşlıcaSiyasət

Ermənistan və Azərbaycanın ABŞ-dakı səfirləri TRIPP ilə bağlı müzakirədə iştirak ediblər

ABŞ-da “TRIPP – ABŞ-ın Yeni Strateji Mənzərəsində Avrasiya Qarşılıqlı Asılılığı” mövzusunda dəyirmi masa müzakirəsi olub. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat verib.

Müzakirədə Azərbaycan, Ermənistan və Qırğızıstan səfirləri, eləcə də Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Tacikistan və Türkmənistan səfirliklərinin nümayəndələri, ABŞ Dövlət Departamentinin, ABŞ Ticarət Departamentinin nümayəndələri və biznes ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Daha çox göstər
Back to top button