Azərbaycanlı əsirlikdə olan Vaqif Xaçatryan xəstəxanaya yerləşdirilib

Azərbaycanlı əsirlikdə olan Vaqif Xaçatryan xəstəxanaya yerləşdirilib.
Yeni Klinikanın Reanimasiya şöbəsinin müdiri Emil Qasımov APA-ya deyib ki, 70 yaşlı kişi Xaçatryan 23 dekabr 2025-ci il tarixində gecə saat 00:30-da Yeni Klinikanın Reanimasiya şöbəsinə ciddi dərəcədə ağır aortal stenoz, orta dərəcəli mitral stenoz və xroniki ürək çatışmazlığının dekompensasiyası fonunda inkişaf etmiş ağciyər ödemi və ağır tənəffüs çatışmazlığı diaqnozu ilə kritik vəziyyətdə qəbul olunub.
Emil Qasımov məlumat verib ki, reanimasiya şöbəsində aparılan müalicə tədbirləri, o cümlədən dərman müalicəsi, mayenin idarə olunması, qeyri-invaziv ventilyasiya öz müsbət nəticəsini verib.
“Xəstə həyatı üçün təhlükəli olan kritik mərhələdən çıxıb, lakin vəziyyəti ağır olaraq qalır. Müalicəsi reanimasiya şöbəsində reanimasiyada davam etdirilir”, – o qeyd edib.







